"Qəbələ"nin futbolçusu Lalavele Atakora Toqo milli komandasınının heyətində Afrika Millətlər Kubokunun seçmə mərhələsinin 5-ci turunun Əlcəzairlə ev oyununda meydana çıxıb.

Milli.Az xəbər verir ki, start heyətində yer alan Lalavele 90 dəqiqəni əvəzolunmadan keçirib. Öz meydanında 1:4 hesabı ilə uduzan Toqo millisi 5 turdan sonra 5 xala malikdir. Atakoranın komandası D qrupunda 3-cü pillədə qərarlaşıb.

Toqolular martın 22-də keçiriləcək son turda Beninin qonağı olacaq.

Xatırladaq ki, Lalavele 2 qol vurduğu yığmada 41-ci oyununu keçirib.

Milli.Az