Əməkdar artist Röya Ayxan “Altın Kelebek” mükafatını bu il Xalq artisti Aygün Kazımovanın qazanmasını istədiyini dilə gətirib.
Publika.az xəbər verir ki, müğənni “Şou news”a
açıqlamasında bildirib ki, illərdir küsülü olduğu Xalq artistini
dəstəkləyir:
“Aygün Kazımovanı bu il “Altın Kelebek”ə layiq görürəm. Başqa heç
kəsi. “Cici” qız özü də artıq hazırlaşır”.
Azərbaycandan ilk dəfə sözügedən mükafatı alan Röya bir
vaxtlar çox tənqid edildiyini söyləyib:
"S'kkiz ay ancaq üstümə gəldilər, zərbə gördüm. Nə oldu? İndi
hamısı elə bil bağçaya hazırlaşırlar. Dəlidirlər".
Qeyd edək ki, mükafata namizədlər arasında Xatirə İslam, Günay İbrahimli, Səmra Rəhimli, Aysel Əlizadə, Dilarə Kazımova və Roza Zərgərli də var.