Bu il şou-biznesdə təkcə klip yox, konsert bazarında da canlanma baş verib. Belə ki, müğənnilərin əksəriyyəti Heydər Əliyev adına Saray, Bakı Konqres Mərkəzi, böyük klublarda çıxış edərək yaradıcılıqla bağlı hesabatlarını veriblər.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, 2018-ci illə yanaşı, 2019-cu ilin əvvəlində solo konsert elanını verən məşhurların sayı da az deyil. Müğənnilərin bilet satışını isə onlayn olaraq izləmək, "iticket.az" portalı vasitəsiylə sənətçiləri görmək istəyənlərin sayını müəyyənləşdirmək mümkündür.
6 gün sonra Heydər Əliyev adına Sarayda solo konsert verməyə hazırlaşan Faytonçu Nazimin bilet göstəriciləri ürəkaçan deyil. Siz aşağıdakı görüntüdə bunun şahidi ola bilərsiz. Boz xanalar satılan, rəngli isə hələ də satılmayan biletlərin göstəricisidir.
Xalq artisti Aygün Kazımova isə məşhur dicey David Vendetta ilə birgə Bakıdakı klubların birində səhnəyə çıxacaq. "Duy" adlı gecəyə xüsusi hazırlaşan Aygünü görmək istəyənlərin də sayı az deyil. Qeyri-adi şounu izləmək istəyənlər, demək olar ki, 70 faizə çatır və biletlərin çoxu satılıb.
Heydər Əliyev adına Sarayda bu il konsert verən məşhur arasında Xalq artisti Emin Ağalarov da var. "Bumeranq" adlı gecə gələn ayın 14-ü olmasına baxmayaraq, satılmayan biletlər sayı çox azdır.
Əməkdar artist Teymur Əmrah da gələn ilin yanvarında Heydər Əliyev adına Sarayda konsert verməyə hazırlaşır. "Bu dünya nərdivandır" adlı musiqili tədbirin PR-ı güclü olmasa da, göstəriciləri yüksəkdir. Demək olar ki, konsertin 90 faiz biletləri satılıb. 1800 nəfərlik konsert zalında cəmi 56 yer boş qalıb. Bunu da bir rekord hesab etmək olar.
2019-cu ilin fevral ayında Heydər Əliyev adına Saray səhnəsində Zamiq Hüseynov da solo konsert verəcəyini elan edib. "Bu gün bizim günümüz" adlı gecənin PR kampaniyasına hələ ki, start verilməyib, lakin biletlərin satışı həyata keçirilir. Göstəricilərə nəzər salsaq, pop ulduzun konsertinə VİP biletlər daha çox satılıb.
Milli.Az