“Bu il Azərbaycandan keçən nəqliyyat yüklərinin həcmi 10 mln ton təşkil edib”.

Publika.az xəbər verir ki, bu sözləri iqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycanın nəqliyyat-tranzit potensialına dair bu gün keçirdiyi mətbuat konfransında deyib.

Nazir bildirib ki, yüklərin 2 mln tonunu qeyri-neft, qalanı isə neft məhsulları təşkil edir:

"Daşımaların həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 23% artım olub. Şimal - Cənub nəqliyyat dəhlizi vasitəsilə isə 100 dəfəyə yaxın artıb. Türkmənistandan keçməklə 9 ay ərzində qeyri-neft sektoruna aid 190 min, neft sektoru üzrə 4mln min ton yük Azərbaycandan daşınıb. Nəqliyyat dəhlizinin təşviqi istiqamətində bir sıra işlər həyata keçirilir".

Nazir həmçinin Gəncədən Gürcüstan sərhədinədək müasir standartlara cavab verən avtomobil yolunun tikintisinin başa çatacağı vaxtı açıqlayıb:

“Bakıdan Batumiyə kimi müasir standartlara cavab verən yol 2021-ci ildə hazır olacaq. Şimal istiqamətində ikinci yol 2020-cu ildə istifadəyə veriləcək. Beləliklə şimal sərhədlərindən cənub sərhədlərinə kimi müasir A kateqoriyalı yol istifadədə olacaq”.