Prezident Yaponiyanın Baş nazirini təbrik edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Yaponiyanın Baş naziri Şinzo Abeyə təbrik məktubu ünvanlayıb.

Təbrik mətnində deyilir:

"Hörmətli cənab Baş nazir,

Osaka şəhərinin “Ekspo 2025” sərgisini keçirmək hüququnu qazanması münasibətilə Sizi və bütün Yaponiya xalqını ürəkdən təbrik edirəm.

Sizə və dost Yaponiya xalqına bu mötəbər tədbirin hazırlıq mərhələsində və keçirilməsində uğurlar arzulayıram".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR