Ötən gün avtomobil qəzası keçirən Əməkdar artist Röya Ayxanın yeni videosu yayılıb.
Teleqraf.com
xəbər verir ki, prodüser Tarix Əliyev (Tolik) qolu gipsdə olan Röya
Ayxanın paytaxtdakı restoranlardan birinin səhnəsindəki çıxışını
özünün instaqram səhifəsində paylaşıb.
“Allah sevdiyi bəndələri hər zaman qoruyur. Allah səni qorusun,
Röya Ayxan. Təki olan malına olsun, pis nəfsdən uzaq olasan. Amma
sənə gips də yaraşır, çünki sən əsl ulduzsan!”, - deyə Tolik qeyd
edib.