Xalq artistindən ağır kəlmələr:"Elzaya deyən yoxdur ki, sən şair deyilsən"

Xalq artisti Rasim Balayev əməkdar artist Elza Seyidcahanın ünvanına sərt ittihamlar səsləndirib.

Metbuat.az xəbər verir ki, xalq artisti CVN TV-nin qonağı olan zamanı əməkdar artisti tənqid edərək, onu yerdən yerə vurub. O bildirib ki, Elza Seyidcahan şeirlər səsləndirir.

Elzaya deyən yoxdur ki, a bala, işinlə məşğul ol, sən şair deyilsən. Televiziyanın sədri yoxdur, televiziyanın yiyəsi yoxdur, o verlişin rejissoru yoxdur desin ki, bu şeirlər efirlik deyil. Onda belə çıxır ki, məndə efirdə ağzıma gələni danışım. Bu efirdir və sən bu efirlə hər bir evə girirsən. Olmaz, qayda qanun var. İbrətamiz bir işin varsa, buyur danış. Yoxdur axı. Zövqlər korlanıb.

Xalq artisti Rasim Balayevin səsləndirdiyi ittihamları sizə olduğu kimi təqdim edirik :

Rəşad Əliyev\Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR