Maqazin verlişlərindən imtina edən populyar müğənni Elnur Məmmədov şeytanın qıçını sındırıb, “Sevgini unutmaq olmur” adlı mahnısına çəkilən yeni klipini təqdim edib.

Metbuat.az xəbər verir ki, bəstə müğənninin özünə, sözləri isə ATV-nin aparıcısı Vüsalə Əlizadəyə məxsusdur. Məmmədov bəstəkarlıqdan savayı ekran işində rejissorluq da edib. Elnur dəri geyimlərə olan sevdasını bu klipdə də açıq aşkar nümayiş etdirib. Belə ki, sənətçi, “Billioner” brendinə məxsus dəri gödəkçə ilə diqqət çəkib. Billioner-in saytında isə bu gödəkçənin qiyməti 131 min avro olaraq göstərilir.

Klipdə gözəçarpan məqamlardan birisi isə model xanımın açıq-saçıq və ehtiraslı obrazı olub.

Elnur Məmmədovun yeni ekran işini sizə təqdim edirik :

Rəşad Əliyev\Metbuat.az