Bir çox xalq artistləri və əməkdar artistlər verilişlərdən gələn təklifləri rədd edirlər.
Metbuat.az xəbər verir ki, bu barədə aparıcı Nanə Ağamalıyeva "Şou ATV" proqramında etiraf edib.
Nanə verilişinə dəvət üçün əlaqə saxladığı bir çox məşhur müğənnilərimizdən "yox" cavabı eşitdiyi zaman heyrətləndiyini də gizlətməyib. Ağamalıyeva, həmin məşhurlar arasında əməkdar artistlər Xumar Qədimova, Könül Kərimova, Ədalət Şükürov, kamança ustadı Habil Əliyevin müğənni oğlu Rəvan Habiloğlu, xalq artistləri Zülfiyyə Xanbabayeva, Natiq Şirinov və başqalarının adını çəkərək əsəbiləşib.
"Şou ATV"nin aparıcısı bu siyahının daha böyük olduğunu dilə gətirib.
Nanə, hətta bu yaxınlarda efirində qonaq olan Natiq Şirinovu verilişinə dəvət etdiyi zaman xalq artistinin tərəddüd içində "Mən gəlib sənətimi göstərə biləcəmsə, gəlim" cavabını verdiyini söyləyib.
Nanənin "Şou ATV" verlişində etirazlarla dolu çıxışını sizə təqdim edirik :
Rəşad Əliyev \ Metbuat.az