Xalq artisti Aygün Kazımova dekabrın 1-də Bakıda keçiriləcək “Duy” konserti üçün inanılmaz dərəcədə arıqlayıb.

Publika.az xəbər verir ki, 47 yaşlı sənətçi ciddi idman məşqləri və sağlam qidalanma nəticəsində XS ölçüsünə düşüb. Günlərdir ki, Heydər Əliyev adına İdman və Konsert Kompleksində məşqlər edən müğənninin 2017-ci ildə çəkilən video çarxı ilə bu ilki fotosessiyası müqayisə edilib. Hər ikisində qara bodi geyinən ulduzun görüntülərindən aydın olur ki, o, M ölçüsündən XS-ə düşə bilib.

Qeyd edək ki, Xalq artistinin konserti üçün səhnə kostyumları üzərində dünyaca məşhur azərbaycanlı modelyer Rüfət İsmayıl çalışıb.