Bakı. Mübariz Aslanov – APA. Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bu gün Bakı şəhəri Dağ yəhudiləri dini icmasının sədri Milix Yevdayevlə görüşüb.
Komitədən APA – ya verilən məlumata görə, görüş zamanı Milix Yevdayev bildirib ki, Azərbaycanda konfessiyalar arasında sülh, dostluq və əməkdaşlıq şəraitinin formalaşması kursunun əsası Heydər Əliyev tərəfindən qoyulub.
O qeyd edib ki, bu gün həmin kurs bütün xalqın, o cümlədən müsəlmanların, yəhudilərin və xristianların dəstəyinə güvənən prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir.
Mübariz Qurbanlı isə respublikadakı dini konfessiyalara dövlət qayğısından danışaraq bildirib ki, bu gün Azərbaycanda dövlət-din münasibətləri normal məcrada inkişaf edir: “Azərbaycanda istənilən dini icmanın azad fəaliyyətinə tam şərait var”.