Bu dəfə də ən hündür və ən qısa, boy ölçülərinə sahib məşhurları müəyyənləşdirdik. Araşdırmamızdan sonra məlum oldu ki , ən hündür boya sahib olan sənətçi əməkdar artist Eyyub Yaqubovdur. Onun boy ölçüsü 1.92 sm-dir.

Namiq Qaraçuxurlu isə, boy sıralamasında 1.87 sm boyla ikinci yerdədir.

Əməkdar artist Cavanşir Məmmədov da uzunboylu kişi sənətçilər sırasındadır. Onun boyu 1.83 sm-dir.

Nadir Qafarzadənin boy ölçüsü isə, 1.80 sm-dir.

Əməkdar artist Ədalət Şükürovun boy ölçüsü 1.68, daha bir əməkdar artist Abbas Bağırovun boyu isə 1.70 sm-dir.

Xanım məşhurlar sırasında isə birincilik öz boyu ilə göz oxşayan, xalq artisdi Nazpəri Dostəliyevadadır. Sənətkarın boyu 1.70 sm-dir .

Xalq artisti Aygün Kazımovanın boy ölçüsü 1.68, Röya Ayxanın boy ölçüsü isə 1.65 sm-dir.

Səsi və geyim tərzi ilə seçilən müğənni Günay İbrahimli1.63 sm boy ölçüsünə sahibdir.

Manana Çaparidzenin boyu 1.54 sm,İradə İbrahimova və Xuraman Şuşalının isə 1.60 sm təşkil edir.

Xalq artisti, aktrisa Məleykə Əsədova isə 1.68 sm boy ölçüsünə sahib olduğunu bildirib.

Xanımlar sırasında ən qısa boylu sənətçi isə, əməkdar artist Aygün Bəylərdir. Sənətçinin boyu 1.50 sm təşkil edir.

Sevinc Kərimova/METBUAT.AZ