Metbuat.az yeni “1 daşla 9 quş” layihəsinə start verib.
Layihədə 9 fəlsəfi suala 1 cümləlik cavablar veriləcək. Bu dəfə müsahibimiz tanınmış nevropatoloq Qalib Əsədovdur. - Niyə varsan?
- Həyat xeyir və şərin mübarizə məkanıdır. Biz hansı tərəfə savaşacağımızı qərar vermək üçün dünyaya gəlirik. - Niyə yox olacaqsan?
- Çox olmamaq üçün. - Niyə yazırsan?
- Yox olmamaq üçün. - Yaşamaq nədir?
- Öz seçimimiz olmadığı halda üzərimizə qoyulan minnətdir. - Ölüm nədir?
- Ölümsüzlüyə keçiddir. - Ədalət nədir?
- Ədalət gözləri kor olduğu halda tərəzini düzgün tuta bilən Femidanın özüdür. - Azadlıq nədir?
- Azadlıq hər istədiyini etmək yox, istəmədiyin bir şeyi etmək məcburiyyətində qalmamaqdır. - Yaradıcılıq nədir?
- Beynimizin dərinliyində oluduğuna baxmayaraq, varlığından xəbərsiz olan bir şeyi kəşf etməkdir. - İnsan kimdir?
- Kamilliyin zirvəsində cahilliyin xarabalıqlarını yaradan varlıq.
Tural İsmayılov/Metbuat.az