“Azərişıq” ASC-nin Çağrı Mərkəzindən ÖZƏL reportaj - VİDEO

Metbuat.az-da “X Paraqraf” layihəsində növbəti reportajımız “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin 199 Çağrı Mərkəzindən oldu.

“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyəti xüsusilə qış aylarında daha nəzərə çarpan olur. Bu qurum hava şəraiti ilə bağlı ən çox müraciət edilən müəssisələrdən birinə çevrilir. İşıqla bağlı hər hansı problem olduqda isə ilk müraciət olunan məhz 199 Çağrı Mərkəzi olur. Bu səbəbdən də növbəti materialımızda “Azərişığ”ın iş prinsiplərindən, daha doğrusu onun bir hissəsi olan Çağrı Mərkəzindən başlayan fəaliyyəti ilə daha yaxından tanış olduq. 199 Çağrı Mərkəzi idarəetmə strukturunda İnformasiya Texnologiyaları Departamentinin nəzdində fəaliyyət göstərən xidmət qurumudur.

Qeyd edək ki, 199 Çağrı Mərkəzi ilə əlaqə saxlayan abonentlər istənilən qəza haqqında məlumat verə bilirlər, eyni zamanda da baş vermiş açılmalar və problemlərlə bağlı operativ məlumat ala bilirlər. Çağrı Mərkəzində iş rejimi 24 saatdır və işçilər növbəli qaydada çalışır.

Çağrı Mərkəzindən hazırladığımız videonu təqdim edirik:


Günay Elşadqızı, Müzəffər İsmayılov / Metbuat.az



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU LAYİHƏNİN DİGƏR YAZILARI

Media Savadlılığı