Azərbaycan təmsilçisi ilə 2,5 illik müqavilə imzaladım. Məqsədim burada inkişaf etməkdir. Yeni klubum Litva çempionatından xeyli üstün olan maraqlı layihə təklif etdi.

Milli.Az report-a istinadən xəbər verir ki, bunu "Agence de Presse Senegalaise"ə açıqlamasında "Neftçi"nin yeni transferi Mamadu Mbodj deyib. 25 yaşlı seneqallı mərkəz müdafiəçisi Azərbaycan Premyer Liqasının Litva A Liqası ilə müqayisədə daha populyar olduğunu söyləyib: "Hazırda Bakıdayam. Yeni komanda yoldaşlarımla bir-birimizi yaxından tanımaq üçün görüşə hazırlaşıram. İndiki klubum Azərbaycan Premyer Liqasının lideridir və ən yaxın izləyicisi "Qarabağ"ı 3 xal qabaqlayır. Azərbaycan çempionatı Litva ilə müqayisədə daha populyardır".

Xəbərdə Azərbaycan çempionatının Seneqalda bir o qədər da tanınmamasına rəğmən, bu ölkədən olan Xalidu Sissokunun 2004 - 2012-ci illərdə "Bakı"nın formasını geyindiyi xatırladılıb.

Qeyd edək ki, "Litva"nın "Jalgiris" klubundan transfer olunan Mamadu Mbodj "Neftçi"də 3 nömrəli forma ilə çıxış edəcək.

Milli.Az