Bizimkilər orada eyni münasibəti görmür

Ötən gün baş tutan "Pantene Altın Kələbək" müsabiqəsi bitsə də söz-söhbəti bitmək bilmir.

Mükafatlandırma mərasimi zamanı "Azərbaycanda ilin qadın müğənnisi" adına layiq görülən Aygün Kazımovanı məşhurlarımızın öz sosial media hesablarından təbrik etməməkləri diqqətdən qaçmayıb.

Aygün Kazımovanın Türkiyədə baş tutan müsabiqədə yaxşı qarşılanmadığını düşünənlər də var.

Metbuat.az xəbər verir ki,müğənni Nura Suri bu haqda öz Facebook hesabından bu sözləri paylaşıb:

"Bir məsələ məni narahat edir. Niyə biz türklərə göstərdiyimiz hörmətin, sayğının, dəyərin cavabını görmürük? Niyə bir millət və iki dövlət deyirik və bu, ancaq bizim üçün belədir? Onların aktyorları, sənətçiləri, stilistləri və s. Azərbaycanda hörmətlə qarşılanırlar, bizimkilər isə orada eyni münasibəti görmür. Aygün Kazımova Azərbaycanın divasıdır. Onu belə də təqdim etməli idilər. Təqdimatı isə onların hörmətli sənətçisi etməli idi. Səhnəyə bu yaxınlarda konsertində göstərdiyi şousu ilə çıxmalı idi. Türklər bu işə daha ciddi yanaşmalıdır. Kənan Doğulu da adi O səs Türkiyəyə gələn iştirakçılar kimi əlinə gitara alıb oxudu. Niyə də?"


Sevinc Kərimova/METBUAT.AZ

Xarici məşhurlar haqqında - Bilmədikləriniz


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR