​Qaz sayğacı koda düşərsə, NƏ EDƏK?

Smart tipli qaz sayğacına ödənilən məbləğ bitən zaman sayğac avtomatik olaraq koda düşür.

Metbuat.az xəbər verir ki, sayğacın avtomatik olaraq koda düşməsi çox vaxt abonentlərdə narahatlıq yaradırdı. Bunu nəzərə alan “Azəriqaz” İstehsalat Birliyi koda düşən qaz sayğaclarının açılması prosesini belə izah edir:

“Bunun üçün abonentlər göstərilən təlimatları ardıcıllıqla yerinə yetirməlidirlər.

1. Smart tipli sayğac koda düşdükdə, öncə kart koda düşmüş sayğaca daxil edilir. Bu zaman sayğacın ekranında olan informasiya avtomatik olaraq həmin abonentin kartının yaddaşına köçürülür və iki siqnal səsindən sonra kart sayğacdan çıxarılır.

2. İstənilən ödəmə məntəqəsində kartın balansına minimum 1 AZN və ya daha artıq miqdarda məbləğ ödənilir.

3. Ödəniş həyata keçirildikdən sonra abonentin mənzilində olan qaz cıhazları təhlükəsilik tələblərinə uyğun olaraq sızma testinin aparılması üçün bağlı vəziyyətdə saxlanılmalıdır.

4. Kart ödəniş həyata keçirmək üçün sayğaca daxil edilir və iki siqnal səsindən sonra kart sayğacdan çıxarılır.

5. Sayğacın üzərindəki göy düymə (klapan aç) 5 saniyə sıxılı saxlanılır.Bu zaman sayğac özü avtomatik olaraq 190 saniyədən geri saymağa başlayır. Göstərilən müddət bitdikdən sonra saygac koddan çıxır və təbii qazın verilişi bərpa olunur”.

Xəyalə Məmmədova/ Metbuat.az

Bu günə olan HAVA PROQNOZU – TIKLAYIN!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR