Strasburqda Milad yarmarkasında terror törədən şəxs öldürülüb.

Milli.Az Mirror-a istinadla xəbər verir ki, Fransanın şərqində, Strasburqun Neudorf qəsəbəsindəki anbarda gizlənən Şerif Şekat adlı terorçu məhv edilib.

Strasburqu qana boyayan terrorçunun FOTOsu - İŞİD üzvüdür

Onun güllələnməsindən bir neçə saat sonra İŞİD terror qruplaşması məsuliyyəti öz üzərinə götürüb. Bildirilib ki, Şerif Şakat İŞİD-in üzvü olub. Lakin onlar hər hansı sübut təqdim etməyiblər.

Terrorçunun tutulması üçün 700-dən çox hüquq-mühafizə orqanı işçisi cəlb edilib. Atışma zamanı polislərdən xəsarət alan olmayıb.

Rəsmilərin AFP-yə açıqlamasına görə, hadisə vaxtı Şakatın əlində tapança və bıçaq olub.

Xatırladaq ki, Şerif Şakat çərşənbə axşamı günü baş verən terrordan sonra axtarışda idi. O, Milad yarmarkasında "Allahu-Əkbər" deyərək ətrafdakılara hücum etdikdən sonra qaçırdığı taksi ilə hadisə yerindən uzaqlaşıb. Hadisə nəticəsində 3 nəfər ölüb, 13-ü yaralanıb.

Bəxtiyar Umarlı
Milli.Az