"Neftçi"nin yeni transferi: "Artıq uyğunlaşmışam"

"Neftçi"nin yeni transferi: "Artıq uyğunlaşmışam"
10:57 15 Dekabr 2018
46 İdman
Ölkə mətbuatı
A- A+

"Neftçi”nin yeni transferi Mamadu Mbodj klubun rəsmi saytına müsahibə verib. Fanat.Az bir neçə gün əvvəl paytaxt klubu ilə 2,5 illik müqaviləyə imza atmış 25 yaşlı seneqallı mərkəz müdafiəçisinin yeni komandası ilə bağlı fikirlərini təqdim edir:
- Yeni klubda özünüzü necə hiss edirsiniz?- Hər şey yaxşıdır. Görürəm ki, səviyyəli komandamız var. Bəzi oyunlara baxıb, sözün yaxşı mənasında təəccüblənmişəm. Düzdür, güclü bir komandaya gəldiyimi bilirdim, amma yenə də yaxşı mənada heyrətləndim.
- Hava şəraitinə uyğunlaşa bilirsiniz?- Bəli, artıq uyğunlaşmışam. Onsuz da Litvada daha da soyuqdur. Buranın havasını daha çox bəyəndim. - Bəs komanda yoldaşlarınıza necə, adaptasiya ola bilirsiniz?- Çox yaxşı komandamız var. Bura gələnədək heç kimi tanımırdım. Yalnız bir-iki dəfə Soni Mustivarla telefon vasitəsilə əlaqə saxlamışdım. O, "Neftçi” haqda çox yüksək fikirlər söyləmişdi. Sonini dinləyəndən sonra anladım ki, mütləq özümü bu komandada sınamalıyam.
-"Neftçi” hazırda ölkə çempionatında birinci yeri tutur...- Bilirəm ki, qarşıya çempion olmaq məqsədi qoyulub. Bunun üçün əlimizdən gələni edəcəyik.
- Azarkeşlərimiz haqda nə deyə bilərsiniz?- "Neftçi”nin güclü azarkeş ordusuna malik olduğunu bilirəm. Baxdığım qarşılaşmalarda da bunun şahidi olmuşam. İnanıram ki, öz oyunumla onların rəğbətini qazana biləcəm.
Fanat.Az

Xəbərin orijinal ünvanı: http://fanat.az/neftcinin-yeni-transferi-artiq-uyunlasmisam/

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR