"Sərxan sizə kişiliyini sübut edər"

"Sərxan sizə kişiliyini sübut edər"
17:52 15 Dekabr 2018
116 Şou
Ölkə mətbuatı
A- A+

Bəzi adamlar verilişi əvvəldən izləsəydi, bilərdi söhbət nədən gedir. Sərxan neçə dəfə soruşdu, kimdir mənim şəklimi atan? Kişi Oqtay dandı və Nazilə Səfərlini göstərdi.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözlər aparıcı Sərxan Kərəmoğlunun İnstaqram səhifəsində yazılıb. Ötən gün "Maşın" şoudan meyxanaçı Oqtay Kamili uzaqlaşdıran Kərəmoğluya qarşı yönələn tənqidlərə cavab verilib:

"Bir az sonra Oqtayın kişilik sendromu tutdu və deyir gəl, kişilikdən danışmayaq, sənin şəklini mən atmışam. Necə olur kişilik? Kişilik əgər oyunda yoxdursa, Oqtayın "Kişiliyin oyuna dəxli yoxdur" deməsi, Sərxanın boynuna düşməlidir? Demək, bu, bir oyundur. Dəstək çıxanlar bir öz həyatlarına baxsınlar, sonra Sərxan haqda danışsınlar. Sərxan kişilik nümayiş etdirməyə yox, oyun oynamağa gedib. Oqtay da öz oyununun qurbanı oldu. Sərxana təhqir yazanlar, cürətiniz çatarsa, ona təklikdə yazın, görüşüb kişiliyini sübut etsin".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/showbiz/712821.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR