“Liverpul” - "Mançester Yunayted" matçında 4 qol - VİDEO

“Liverpul” - "Mançester Yunayted" matçında 4 qol - VİDEO
22:38 16 Dekabr 2018
73 İdman
Ölkə mətbuatı
A- A+

Dekabrın 16-da İngiltərə Premyer Liqasının 17-ci turunun mərkəzi qarşılaşması keçirilib.

Publika.az xəbər verir ki, turun maraq doğuran oyunu turnir cədvəlində birinci pillədə qərarlaşan “Liverpul” və cari mövsüm zəif təsir bağışlayan "Mançester Yunayted" arasında baş tutub. "Enfild" stadionunda hesabı meydan sahibləri açıb. Fabinyonun meydanın mərkəzindən verdiyi ötürmə Sadio Maneni qapıçı ilə üzbəüz çıxardıb. Seneqallı hücumçu fürsəti əldən verməyib - 1:0. Qoldan doqquz dəqiqə sonra "qırmızı şeytan"lar hesabı bərabərləşdiriblər. Jesi Lingard adını tabloya yazdırıb - 1:1.

Qarşılaşmanın ikinci hissəsində daha üstün oyun nümayiş etdirən Mersisayd təmsilçisi 73-ci və 80-ci dəqiqələrdə yenidən hesabda önə keçib. Jerdan Şakiri dublun rəsimləşdirərək oyunda son nöqtəni qoyub.

"Liverpul" klubunun turnir cədvəlindəki əsas izləyicisi "Mançester Siti" doğma meydanında “Everton” klubunu qəbul edib. Görüş meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb. Pep Qvardionlanın yetirmələrinin heyətində Qabriyel Jesus (2), Rəhim Sterlinq, qonaqlardan isə Kalvert-Levin fərqlənib.

On yeddinci turun digər oyunlarında növbəti nəticələr qeydə alınıb:

"Kristal Palas"-"Lester Siti" - 1:0

"Haddersfild"-"Nyukasl Yunayted" - 0:1

"Tottenhem"-"Börnli" - 1:0

"Votford"-"Kardif Siti" - 3:2

"Volverhempton"-"Bormunt" - 2:0

"Fulhem"-"Vest Ham" - 0:2

"Brayton"-"Çelsi" - 1:2

"Sauthempton"-"Arsenal" - 3:2.

Qeyd edək ki, 17-ci turdan sonra turnir cədvəlinə 45 xalla "Liverpul" klubu başçılıq edir. "Mançester Siti" 44 xalla ikinci, "Tottenhem" 39 xalla üçüncü, "Çelsi" isə 37 xalla dördüncü yerdə qərarlaşıb.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/idman/263312.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR