Bətnindən nəhəng mioma xaric edilmiş qadın ana olub -

Hamiləliyin 16-17-ci həftəsində olan 31 yaşlı qadın qarın nahiyəsində şiddətli ağrılarla xəstəxanaya müraciət edib.

Metbuat.az xəbər verir ki, ilk hamiləliyi olan qadının bətnində USM müayinəsi zamanı nadir rast gəlinən uşaqlığın bir neçə müxtəlif ölçülü mioması aşkar edilib.

Hamiləliyin qorunması və dölün sonrakı inkişafını təmin etmək məqsədilə RMDM-in mama-ginekoloqu Aleksandr Barsukov tərəfindən keçirilmiş miomektomiya əməliyyatı uğurla başa çatıb. Riskli və unikal ginekoloji əməliyyat nəticəsində dölə mane olmadan çəkisi 3 kq-a yaxın olan mioma bətndən xaric edilib və qadın kafi vəziyyətdə evə yazılıb.

Əməliyyatdan sonrakı dövr fəsadsız keçib. Hamiləlik inkişaf edərək 38-ci həftəsində keysəriyyə üsulu ilə doğuş həyata keçirilib və çəkisi 3.850 qram olan sağlam qız uşağı dünyaya gəlib. Həmçinin ananın bətnindən çəkisi 2 kq-dan artıq mioma xaric edilib.

Aysel Yaqubqızı / Metbuat.az

Əlləriniz titrəyirsə, DİQQƏT - CƏRRAH xəbərdarlıq etdi


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR