Şəhriyar Məmmədyarov Kral Salmanın 1 milyon dolları uğrunda yarışacaq

Şəhriyar Məmmədyarov Kral Salmanın 1 milyon dolları uğrunda yarışacaq
12:17 19 Dekabr 2018
41 İdman
Ölkə mətbuatı
A- A+

Şahmatçı Şəhriyar Məmmədyarov növbəti turnirinə hazırlaşır.
Fanat.Az xəbər verir ki, azərbaycanlı qrossmeyster Sankt-Peterburqda keçiriləcək rapid və blits üzrə dünya çempionatında iştirak edəcək.
FIDE-nin yeni prezidenti Arkadi Dvorkoviçin təşkilatçılığı və Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz Əl Səudun maliyyə dəstəyi ilə təşkil olunacaq turnirin mükafat fondu 1 milyon dollar olacaq.
Turnirdə yüzdən çox şahmat ustası iştirak edəcək. Onların arasında Şəhriyar Məmmədyarovla yanaşı, Aniş Qiri (Niderland), Vişvanatan Anand, Pentala Harikrişna (hər ikisi Hindistan), Levon Aronyan (Ermənistan), Dmitri Yakovenko, Nikita Vityuqov, Yevgeni Tomaşevski (hər üçü Rusiya), Van Xao (Çin) və Le Kuanq Lyema (Vyetnam) yer alıb.
Dünya çempionatı dekabrın 25-də başlayacaq. İlk üç gün rapid (sürətli şahmat) yarışları keçiriləcək. 28-29 dekabrda isə blits yarışları baş tutacaq. 
Fanat.Az

Xəbərin orijinal ünvanı: http://www.fanat.az/sehriyar-memmedyarov-kral-salmanin-1-milyon-dollari-urunda-yarisacaq/

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR