“Böyük məclis idi. Mən ayrı otaqda əyləşmişdim. Stolumun da üstündə konyak. Səhvən Aygün Kazımova otağıma girdi. Dəvət elədim. Oturduq yeyib-içdik. Mən hər zaman ona salam vermişəm. O da alıb. Amma bəzən salam almır. Cici qızdır da, yola verin getsin”.

Publika.az xəbər verir ki, bu sözləri Əməkdar artist Röya Ayxan Aygün Kazımova ilə barışması haqqında danışarkən deyib.

O, bu barədə ilk dəfə eksklüziv olaraq "Shou News" verilişinə açıqlama verib.

İfaçının sözlərinə görə, hadisə 2 il əvvəl baş verib.

Röya Xalq artistinin "Altın Kelebek" ödülünə layiq görülməsinə də münasibət bildirib: "Aygün xanım layiq idi, bundan sonra kim olacağını isə bilmirəm. Bizdən sonra istərdim ki, muğam ifaçılarından biri mükafatlandırılsın”.