"Çelsi" qışda Qonsalo İquaini heyətə gətirməkdə israrlıdır.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, "Yuventus"un hücumçusu hazırda icarə əsasında "Milan"da çıxış edir. London klubu argentinalının əvəzinə hücumçu Alvaro Moratanı "rossonerlərə" təklif vedir.
"Zadəganlar"ın baş məşqçisi Maurisio Sarri İquaini "Napoli"dən tanıyır. "Milan" isə uzun zamandır Morata ilə maraqlanır. İquainin mümkün keçidi "Yuventus"dan asılıdır. Çünki transfer hüququ Turin klubuna məxsusdur.
Milli.Az