Serbiya, Yunanıstan, Bolqarıstan və Rumıniya 2028-ci ildə futbol üzrə Avropa və ya 2030-cu ildə dünya çempionatlarına ev sahibliyi ilə bağlı birgə müraciət etmək üçün təşkilat komitəsi yaradıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Serbiya Prezidenti Aleksandr Vuçiç məlumat verib.

Dövlət başçısı təşkilat komitəsinin yaradılması barədə qərarın Belqradda keçirilən dördtərəfli görüşdə qəbul olunduğunu bildirib. Prezident sənədlərin 2021-ci ilin dekabrına qədər təqdim edilməli olduğunu, qərarın isə 2022-ci ilin iyulunda açıqlana biləcəyini vurğulayıb.

Milli.Az