Türkiyənin Şanlıurfa vilayətində toyda naməlum şəxs ov tüfəngindən insanlara atəş açıb.

Milli.Az ölkə.az-a istinadən xəbər verir ki, hadisə Balkatan məhələsində qeydə alınıb. Nəticədə 4-ü qadın olmaqla 11 nəfər yaralanıb.

Hadisə yerinə çox sayda polis və təcili yardım göndərilib. Yaralılar xəstəxanaya yerləşdirilib.

Polis silahlı şəxsi saxlamaq üçün əməliyyata başlayıb.

Milli.Az