Bu il Samuxda 17 min 352 ton meyvə yığılıb

İqtisadiyyatının əsasını müxtəlif kənd təsərrüfatı məhsullarının istehsalı təşkil edən Samux rayonunda meyvəçilik əsas sahələrindən biridir. Hazırda rayonda tumlu, qərzəkli, çəyirdəkli, quru subtropik və sair tipli meyvə növləri yetişdirilir. Rayonda meyvə ağacları əsasən əhalinin həyətyanı sahələrində üstünlük təşkil edir. Bununla belə son illərdə dövlətin aqrar sektorun müxtəlif sahələrinə olduğu kimi meyvəçilik sahəsinə də göstərdiyi diqqət rayon əhalisini öz pay torpaqlarında yeni meyvə bağları salmağa həvəsləndirib.

Samux Rayon Statistika İdarəsindən bildirilib ki, 2018-ci ildə rayondakı meyvə və giləmeyvə bağlarının ümumi sahəsi 1812 hektara çatdırılıb.

Həmin bağlardan 1343,6 hektarı bar verən, 468,4 hektarı isə yeni salınanlardır. Bu il sahələrdən 17 min 352 ton meyvə və giləmeyvə, o cümlədən 9081 ton xurma, 1843 ton nar, 1151 ton ərik 700 ton alma, 655 ton alça, 596 ton armud, 470 ton əncir, 460 ton gavalı, 447 ton zoğal, 358 ton gilas, 304 ton qoz, 291 ton şaftalı, 285 ton heyva, 78 ton albalı, 61 ton fındıq, 150 ton əzgil, 374 ton digər meyvələr və 48 ton giləmeyvə yığılıb.

Meyvənin məhsuldarlığı hər hektara görə 95,8 sentner olub. Meyvə və giləmeyvənin 440 tonu kənd təsərrüfatı müəssisələrində, 16 min 912 tonu isə əhali təsərrüfatlarında istehsal olunub.

Qeyd edilib ki, rayon əhalisi istehsal etdiyi məhsulları həm respublikamızın şəhərlərinə, həm də xarici bazarlara çıxarırlar.//AzərTAc

Cəbhədən xəbər var - Müdafiə Nazirliyi - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR