“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə bazar günü "Al-Watania" agentliyi məlumat yayıb.
Polis dəstələri və ordu gözətçiləri mağaza vitrinlərinin dağıdıldığı və valyutadəyişmə məntəqələrinə hücum edildiyi Hamra ticarət küçəsində gənclərdən ibarət kütlənin qarşısını almaq üçün güc tətbiq edib.
Toqquşmalar Tabaris rayonunda və Bişara əl-Huri prospektində də baş verib.