"Napoli" müdafiəçi Kalidu Kulibaliyə yeni müqavilə təklif edib. Milli.Az Goal.az-a istinadən bildirir ki, şərtlər artıq razılaşdırılıb və yaxın günlərdə müqavilə imzalanacaq. 27 yaşlı futbolçu ilinə 6 milyon avro məvacib alacaq. Beləliklə, seneqallı "Napoli"də ən çox qazanan futbolçu olacaq. Yeni müqavilədə Kulibalinin satış qiyməti göstərilmir. Bu isə o deməkdir ki, onu əldə etmək istəyən klublar "Napoli"nin prezidenti Aurelio De Laurentislə danışıqlar aparmalı olacaq. (adsgarden = window.adsgarden || []).push({}); Müdafiəçi "Napoli"yə 2014-cü ildə "Genk" klubundan keçib. Transferinə 7,75 milyon avro xərclənib. Bu mövsüm A seriyasında 17 oyunda meydana çıxıb. 2 məhsuldar ötürmə edib. Milli.Az