"Yanımda sönük qalan zavallı..." - Təranə təhqir etdi
Paylaş
131 baxış·1 dəq oxu
Müğənni Təranə Qumral sosial şəbəkədə qalmaqallı açıqlama yayıb. Milli.Az axşam.az-a istinadən xəbər verir ki, sənətçi ad çəkmədən onunla küsülü olan ifaçını təhqir edib:"Efirə qorxudan mənimlə çıxa, olduğum yerə gələ bilməyən, hətta yanımda sönük qala biləcəyini hiss edən zavallıcıq, sadəcə, sənə yazığım gəlir və gülürəm. Sən bunu göz görə-görə özün hərəkətlərinlə etiraf edirsən. Ətrafına yığdığın adamları da ya pulla, ya da hədiyyələrinlə saxlamısan. Çünki sən heç kimə lazım olmadığını bilirsən. İnanıram ki, məktub düz ünvana gedəcək".
Qeyd edək ki, Təranə illərdir əməkdar artist Könül Kərimova və müğənni Nazəninlə qalmaqal yaşayır.Milli.Az