​İran hökuməti “Taliban” hərəkatıyla

İran hökuməti “Taliban” hərəkatıyla danışıqlara başlayıb.

Metbuat.az-ın xarici KİV-lərə istinadən məlumatına görə, Əfqanıstanda səfərdə olan İranın Milli Təhlükəsizlik Şurasının katibi Əli Şəmxani ilk dəfə olaraq bəyan edib ki, Tehran Taliban silahlılarıyla birbaşa danışıqlar aparıb.

O bildirib ki, iranlı rəsmilər Taliban silahlılarıyla keçirilən məsləhətləşmə və danışıqlar barədə Əfqanıstan hakimiyyətini məlumatlandırıb. Şəmxaninin sözlərinə görə, bu kimi təcrübə gələcəkdə də davam etdiriləcək. Məqsəd Əfqanıstanda təhlükəsizlik problemini həll etməkdir.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR