​Ukraynada hərbi vəziyyət

Ukraynada hərbi vəziyyət başa çatıb.

Metbuat.az yerli mənbələrə istinadən məlumat verir ki, noyabrın 26-da Ali Rada prezident Petro Poroşenkonun təklifilə 30 gün müddətində ölkənin 10 əyalətində hərbi vəziyyətin elan olunması barədə qərar qəbul etmişdi. Hərbi vəziyyət çərçivəsində Kiyev 16-60 yaş arasında olan rusiyalı kişilərin ölkəyə girişinə qadağa qoymuşdu.

Məlumata görə, bu müddət ərzində 1500 Rusiya vətəndaşı Ukrayna ərazisinə buraxılmayıb. Artıq bu gündən Rusiya vətəndaşlarına qoyulan qadağa da aradan qaldırılıb.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı