Dekabrın 26-da İtaliya A Seriyasında 18-ci turun oyunları keçirilib.
Publika.az xəbər verir ki, turun gözlənilməz hesabı “Atleti Azzurri İtalia” stadionunda qeydə alınıb. Son çempion “Yuventus” səfərdə “Atalanta” komandasının qonağı olub. Görüş 2:2 hesabı ilə başa çatıb.
Turun digər oyunlarında aşağıdakı nəticələr qeydə alınıb:
“Frosinone” – “Milan” – 0:0
“Fiorentino” – “Parma” – 0:1
“Bolonya” – “Lazio” – 0:1
“Kalyari” – “Genoa” – 1:0
“Sampdoriya” – “Kievo” – 2:0.
Qeyd edək ki, tura “Roma” - “Sassuolo”, “Torino” - “Empoli”, SPAL - “Udineze” və “İnter” - “Napoli” oyunları ilə yekun vurulacaq.