Tovuzda 10 otaqlı ev və ərzaq mağazası yanıb

06:27 14 Yanvar 2015
148 Digər
Ölkə mətbuatı
A- A+

[ 14 Yanvar 2015 05:59 ]


Bakı-APA. Tovuzda gecə yanğın hadisəsi qeydə alınıb.  APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın şəhərdə vətəndaşa məxsus ümumi sahəsi 210 kv.m olan, birmərtəbəli 10 otaqlı evdə baş verib. Nəticədə evin dam örtüyünün yanar konstruksiyaları 55 kv.m sahədə və evə bitişik ümumi sahəsi 25 kv.m olan ərzaq mağazasının yanar konstruksiyaları içərisində olan mallarla birgə yanıb. Evin qalan hissəsi və yaxınlıqdakı digər tikililər  yanğından mühafizə olunub.  


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/368981

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR