Dünyada müxtəlif mükafatlar var. Onlar əsasən yaxşı işlərinə görə insanlara təqdim edilir. Amma pis işlərə görə də təqdim edilən mükafatlar var.Milli.Az "ölkə.az"-a istinadən bildirir ki, Dünya üzrə ən pis sürücüləri olan ölkələr müəyyən edilib. Biz də siyahıya öz əlavələrimizi etmişik. Siyahını oxucularımızla bölüşürük.1. İtaliyaYerli sakinlər temperamentləri ilə tanınırlar. Məhz bu səbəbdən İtaliya yollarında aqressiya çoxdur.2. Səudiyyə ƏrəbistanıHansı ərəb sürəti xoşlamır? Səudiyyə Ərəbistanı sürücüləri dünyanın ən qayğısız sürücüləri sayılır. Onlar avtomobillərlə tryukları da çox xoşlayırlar.3. VyetnamVyetnamda bir çox hallarda yol-hərəkət qaydaları lazım olmur. Sürücü kimi gücünü sınamaq istəyən bu ölkəyə yollana bilər. Çünki Vyetnam yollarında qaydalar yox, instintk və hadisəni qiymətləndirmə üstün tutulur.4. VenesuelaBu ölkədə problem həm sürücülərdə, həm də onların idarə etdiyi avtomobillərdədir. Venesuela küçələrində iri furqonlar və yük maşınları daha çox dəbdədir. Bununla belə, sürücülər sürət həddini aşırlar.5. HindistanHindistanda sürücülərin böyük əksəriyyəti xüsusi kurslardan keçməyib. Bunu bilən və sükan arxasına keçən, piyada yola çıxan digər sürücülərdən uzaq durmağa çalışır.6. NigeriyaAfrika da sürücüləri ilə məşhurdur. Pis sürücülər əsasən Nigeriyaya toplaşıb. Sürücülərin əksərinin sürücülük vəsiqəsi yoxdur. Onlar sadəcə yol qaydalarını pozmular, onlar hətta bu qaydalardan xəbərsizdirlər.7. ÇinƏhalisi çox olan Çində sürücü sayı da çoxdur. Bu sürücülərin böyük əksəriyyəti qayda-qanunu bilmir. Tıxaclar bu ölkənin vazkeçilməz atributudur.Milli.Az