Türkiyənin Mardin bölgəsində yol-nəqliyyat hadisəsi baş verib.

Metbuat.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, sərnişin avtobusu ilə minik maşınının toqquşması nəticəsində 2 nəfər həlak olub, 16 nəfər isə yaralanıb.

Yaralılar yaxınlıqdakı xəstəxanalara yerləşdiriliblər. Qəzaya yolun buz bağlamasının səbəb olduğu ehtimal edilir.

İstirahət günü hava belə olacaq - Proqnoz açıqlandı – TIKLAYIN!