Afrika Futbol Konfederasiyası 2018-ci ilin ən yaxşı
futbolçusu adına 3 namizədi açıqlayıb.
Publika.az xəbər verir ki, bunlar Pyer-Emerik
Obameyanq ("Arsenal", Qabon) və Sadio Mane ("Liverpul", Seneqal) və
Məhəmməd Salahdır ("Liverpul", Misir).
Maraqlıdır ki, ötən il də üçlükdə məhz bu hücumçular yer
almışdı. İlin ən yaxşısı isə Salah seçilmişdi.
Qeyd edək ki, mükafatın sahibi yanvarın 8-də Seneqalın paytaxtı
Dakarda keçirilən mərasimdə açıqlanacaq.