Ermənistanda ağır və xüsusilə ağır cinayətlər xeyli

Ermənistanda ağır və xüsusilə ağır cinayətlər xeyli artıb.

Metbuat.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, ölkədə cinayətlərin artımı 13, xüsusilə ağır cinayətlər isə 30 faiz təşkil edib.

Ümumiyyətlə, 2018-ci ilin yanvar-noyabr aylarında 20 267 cinayət qeydə alınıb. 2017-ci ilin analoji dövründə bu göstərici 17 898 olub.

Ötən il 209 xüsusilə ağır cinayət törədilib. 2017-ci ildə bu rəqəm 161 idi.

Bundan başqa, odlu silahlar və döyüş sursatları ilə törədilən cinayətlərin də sayı artıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR