Qazaxıstanda yüzlərlə insan ermənilərə etiraz edib

Qazaxıstanda yerli sakinlər 23 yaşlı gəncin ermənilər tərəfindən öldürülməsinə etiraz olaraq aksiya keçiriblər.

Metbuat.az azvision.az-a istinadən xəbər verir ki, Karakandada toplaşan yüzlərlə insan erməni vəhşiliyinə etirazlarını bildiriblər.

Aksiya iştirakçıları qətl hadisəsinə görə, erməni diasporunu ittiham ediblər. Əraziyə polis əməkdaşları cəlb olunub, şəhərin əsas küçələri xüsusi təyinatlılar tərəfindən nəzarətə götürülüb.

Qeyd edək ki, Qazaxıstanın Karakanda vilayətində restoranlardan birində Yeni il bayramını qeyd edən 23 yaşlı gənc qətlə yetirilib. Araşdırma zamanı məlum olub ki, cinayəti törədən şəxslərin hər üçü ermənidir. Qatillər əməliyyat zamanı tutularaq istintaqa təhvil verilib. Bu olay ölkə üzrə geniş rezonans doğurub.


Sabah hava belə olacaq - Proqnoz açıqlandı - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR