Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində 2018-ci ilin yekunlarına dair Bakı Qarnizonunda intizamın vəziyyətinin təhlilinə həsr olunmuş müşavirə keçirilib.
Müdafiə Nazirliyindən Metbuat.az-a verilən məlumata görə, tədbirdə qarnizonda yerləşən hərbi hissələrin komandirləri, xüsusi təyinatlı hərbi təhsil müəssisələrinin rəhbərləri və digər vəzifəli şəxslər iştirak ediblər.
Müşavirədə çıxış edən Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev 2018-ci il ərzində qarnizon ərazisində görülən işlər, əldə olunmuş uğurlar barədə çıxış edib və 2019-cu ildə döyüş hazırlığının yüksəldilməsi, eləcə də təlim-tədris prosesinin lazımi səviyyədə təşkil olunması barədə Müdafiə nazirinin müvafiq tapşırıqlarını vəzifəli şəxslərə çatdırıb.
Sabah hava belə olacaq - Proqnoz açıqlandı - Oxumaq üçün tıkla