Bu gün səhər saatlarında paytaxtda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Metbuat.az azvision.az-a istinadən xəbər verir ki, Nəsimi rayonu ərazisində, "28 Mall" ticarət mərkəzinin yaxınlığında hərəkət edən 85 nömrəli marşrut avtobusu yolun piyadalar üçün nəzərdə tutulmayan hissəsindən keçən qadını vurub. Avtobus aşağı sürətlə hərəkət etdiyindən qadın yüngül xəsarət alıb. Yaxınlıqdakı insanlar ona yardım ediblər.