Bakı. Trend:

ABŞ-ın Çexiyadakı səfirliyinə yanğın olub.

Trend-in məlumatına görə, yanğın gecə saatlarında Praqanın Mala-Strana rayonundakı yerləşən səfirliyin ərazisində baş verib.

Qeyd olunur ki, yanğının söndürülməsi üçün 3 yanğınsöndürmə briqadası cəlb olunub. Hadisə nəticəsində xəsarət alan olmayıb. Yanğının səbəbləri araşdırılır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin