Bir yoxsul insan ki, diyə verməyə vəzifələndirilmişdi, möhtac olduğu üçün İmam Hüseynin (ə) yanına gəlir və deyir: "Ey Allah Rəsulunun (s) oğlu! Mən qanın dəyərini üzərimə götürmüşəm, ancaq onu ödəməyə gücüm çatmır. Öz-özümə düşündüm və kərim insandan yardım istəməkdən başqa yol tapmadım. Sizi, əsrimizin ən kərim insanı kimi tanıtdılar. Sizə qarşı ehtiyac əlimi açıram və sizdən ehsan ümidim vardır".Milli.Az deyerler.org-a istinadən bildirir ki, İmam (ə) buyurdu: "Ey ərəb qardaş! Mən sənə üç sual verəcəyəm. Əgər birincisinə cavab versən, həmin pulun üçdə birini sənə verəcəyəm. Əgər ikisini həll etsən, üçdə ikisini verəcəyəm. Əgər sualın üçünə də cavab versən, bütün məbləği almağa layiq olacaqsan".Həmin şəxs dedi: "Ey Allah Rəsulunun (s) oğlu! Sizin kimi aqil bir insan mənim kimi nadana sual verəcək? Siz elm və şərafət nəslindənsiniz".İmam Hüseyn (ə) buyurdu: "Mən cəddimdən eşitmişəm ki, buyurub: "İnsanlara yaxşılıq, onların mərifət və tanıma həddinə görədir"".Həmin şəxs dedi: "Onda, nə istəyirsinizsə soruşun. Əgər bələd olsam, cavab verəcəyəm. Əks halda sizdən istifadə edəcəyəm".İmam (ə) soruşur: "Hansı əməlin fəziləti daha çoxdur?".Deyir: "Allaha imanın".İmam (ə): "Giriftarlıqdan çıxış yolu nədir?".Deyir: "Allaha etimad etmək".İmam (ə): "Bir kişinin həqiqi gözəlliyi nədədir?".Deyir: "Mülayimlik və səbirlə birlikdə olan elm".İmam (ə): "Əgər o, olmasa?".Deyir: "İnsafla olan sərvət".İmam (ə): "Əgər o, olmasa?".Deyir: "Səbirlə birlikdə olan yoxsulluq".İmam (ə): "Əgər o, olmasa?".Deyir: "Bu halda yaxşıdır ki, səmadan bəla nazil olsun və bu cür insanı məhv etsin. O, buna layiqdir".Bu zaman İmam (ə) gülümsədi və min dinar məbləği ona verdi. 200 dirhəm dəyəri olan üzüyünü çıxardıb ona əta etdi və buyurdu: "Bu pulu borclu olduğun şəxslərə ver və üzüyü də öz şəxsi ehtiyacların üçün sərf et!".Həmin şəxs sevinərək, İmamın (ə) hədiyyələrini aldı və bu ayəni oxuyub, İmamın (ə) xidmətindən çıxdı: "Allah Öz peyğəmbərliyini hara qoymağı daha yaxşı bilir". ("Ənam" 124).Milli.Az
İmam Hüseynin yoxsul insana 3 sualı
0552252950 (Whatsapp)
BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR
Top xəbərlər
Son xəbərlər »
Səudiyyə Ərəbistanı Həcc ziyarəti ilə bağlı dünya zəvvarlarına müraciət etdi
27 Aprel 2024
03:20
Şahruddinin komandası "Qalatasaray"a uduzdu
27 Aprel 2024
01:18
Günay Kazımzadəyə yüksək vəzifə verildi
27 Aprel 2024
00:15
Avropa Komissiyasının rəhbəri COP29-a dəvət edildi
27 Aprel 2024
00:03
Arda tarixi matçında belə qol vurdu -
26 Aprel 2024
23:42
Azərbaycanlılar hücuma məruz qaldı -
26 Aprel 2024
23:04
15 mindən çox iştirakçı Bakı Marafonuna qoşuldu
26 Aprel 2024
22:53
“Instagram”da tanış olduğu qıza ilk görüşdə aşiq oldu: Sevgi macərası qanlı bitdi -
26 Aprel 2024
22:19
Ançelottidən Ardaya tarixi şans -
26 Aprel 2024
21:42
Azərbaycan cüdoçusu Avropa çempionu oldu
26 Aprel 2024
21:14