Futbol üzrə İtaliya Kubokunda 1/8 final mərhələsinə start verilib.Milli.Az komanda.az-a istinadən bildirir ki, ilk oyun günündə üç görüş baş tutub."Latsio" "Novara"nı darmadağınla mübarizədən kənarlaşdırıb. "Milan" "Sampdoriya" ilə səfər matçında əlavə vaxtda vurulan qollar sayəsində mərhələ adlayıb. "Yuventus" da "Bolonya"nı 2 cavabsız qolla üstələyərək, 1/4 finala yüksəlib.Bazar günü daha üç görüş baş tutub. "Fiorentina" səfərdə "Torino"nu, "Napoli" isə doğma meydanda "Sassuolo"nu 2 cavabsız qolla üstələyib. "İnter" isə "Benevento" səddini darmadağınla keçib.İtaliya Kuboku, 1/8 final12 yanvarLatsio - Novara 4:1Sampdoriya - Milan 0:2Bolonya - Yuventus 0:213 yanvarTorino - Fiorentina 0:2İnter - Benevento 6:2Napoli - Sassuolo 2:014 yanvar20:30. Kalyari - Atalanta
00:00. Roma - Virtus EntellaMilli.Az