Moskva polisi qadağan olunmuş ərazidə saxlanılan nəqliyyat vasitəsini cərimə meydançasına aparmaq istəyib.
Metbuat.az rusiya mənbələrinə istinadən məlumat verir ki, asayiş keşikçiləri hadisədən son anda xəbər tutan sürücüdən cəriməni ödəməsini istəsə də, o imtina edib. Nəticədə avtomobil evakuatora yüklənib.
Bundan qəzəblənən rusiyalı, evakuatorun yük hissəsindəki avtomobilini sürərək aşağı endirib və aradan çıxıb. İndi polis həmin sürücünü axtarır.
Sübhan / METBUAT.az