Rusiya hökuməti 2019-cu ildə silahlanmaya xərclənəcək vəsaitin məbləğini açıqlayıb.

Metbuat.az rusiya mənbələrinə istinadən xəbər verir ki, Müdafiə Naziri Sergey Şoyqunun sözlərinə görə, ordunun yenidən silahlanmasına 1 trilyon rubl xərclənəcək. Əsasən aviasiya və donanmanın müasir silahlandırılması planlaşdırılır.

Arsenala “Avanqard” raket kompleksləri də daxil ediləcək.

Sübhan / METBUAT.az