Ermənistan XİN rəhbəri ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb

Ermənistan XİN rəhbəri ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb
12:22 16 Yanvar 2019
36 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 16 yanvar. REPORT.AZ/ Ermənistanın xarici işlər naziri vəzifəsini icra edən Zöhrab Mnasakanyan bu gün səhər Parisdə ATƏT-in Misk qrupu həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa), Endrü Şofer (ABŞ) ilə görüşüb.
“Report” xəbər verir ki, bu barədə Ermənistan XİN-in “Twitter”dəki səhifəsində yerləşdirilən məlumatda deyilir.
Bildirilir ki, görüşdə ATƏT-in fəaliyyətdəki sədrinin şəxsi nümayəndəsi Ancey Kaspşik də iştirak edib.
Xatırladaq ki, bu gün Parisdə Azərbaycan ilə Ermənistan xarici işlər nazirləri arasında görüş keçiriləcək.

Xəbərin orijinal ünvanı: https://report.az/dagliq-qarabag-munaqishesi/ermenistan-xi-n-rehberi-atet-in-minsk-qrupunun-hemsedrleri-ile-gorusub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR