​Camal Yusifzadənin vəfatından 2 il ötür…

Azərbaycanlı şair, dramaturq, nasir Camal Yusifzadənin anım günüdür.

Camal Yusifzadə 1941-ci il avqustun 19-da Lənkəran şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra 1960-1965-ci illərdə Bakıda ADU-nun tarix fakültəsində təhsil alıb. Bədii yaradıcılığa tələbəlik illərində başlayan Camal Yusifzadə ilk şerini 1963-cü ildə Lənkəranda çıxan "Leninçi" qəzetində dərc etdirib.Əmək fəaliyyətinə Lənkəranda "Leninçi" qəzeti redaksiyasında ədəbi işçi kimi başlayıb. Bu illər ərzində həm də 2 saylı şəhər orta məktəbində tarix müəllimi işləyib (1965-1966). Sonra Bakıda Azərbaycan Sovet Ensiklopediyasında elmi redaktor, böyük elmi redaktor vəzifələrində çalışıb (1966-1972). 1972-1990-cı illərdə "Ədəbiyyat və incəsənət" qəzeti redaksiyasında teatr, kino və musiqi şöbəsində ədəbi işçi, sonra şöbə müdiri olub.

1991-1998-ci illərdə Televiziya və Radio Verilişləri Şirkətində ədəbi dram verilişləri baş redaksiyası baş redaktorunun müavini olub.

1998-ci ildən həmin şirkətdə Azərbaycan Telefilm Yaradıcılıq Birliyinin baş redaktoru işləyib. Onun "Dağlar arxasız olmur", "İtil getlər", "Kim dəli, kim ağıllı", "Ölümü köynəkdən keçirən oğul", "Sabaha ömür payı qazananlar" və s. pyesləri tamaşaya qoyulub.

Camal Yusifzadə 2017-ci il yanvarın 16-da 75 yaşında qəfil ürək tutmasından dünyasını dəyişib. Doğulduğu Lənkəran şəhərində dəfn olunub.

Allah rəhmət eləsin...


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR