Misirin paytaxtı Qahirədə və digər əyalətlərdə güclü qum fırtınası ölümə yol açıb.
Metbuat.az-ın İxlas agentliyinə istinadən məlumatına görə, Güclü külək, temperaturun aşağı düşməsi və yağışlarla müşayiət olunan təbii hadisə zamanı azı 5 nəfər həyatını itirib. Şimali Sinayda bir sıra şəhərlər elektrik enerjisiz qalıb.
Əksər avtomobil yollarında görmə dərəcəsinin aşağı düşməzi üzündən qəzalar baş verib və nəticədə uzun tıxaclar yaranıb.
Sübhan / METBUAT.az